Şoyqu Şimali Koreyaya gedir

14:34 / 25.07.2023
5719
Sergey Şoyqu Şimali Koreyaya gedir.
Sfera.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti iyulun 25-27-də Şimali Koreyada səfərdə olacaq.
Məlumata görə, nazirin sözügedən səfəri Rusiya ilə Şimali Koreya arasında hərbi əlaqələrin möhkəmlənməsinə kömək edəcək.
Həmçinin bildirilib ki, Rusiya heyətinin səfəri iki ölkə arasında münasibətlərin inkişafına səbəb olacaq. “Səfər 1950-1953-cü illər müharibəsində Şimali Koreya xalqının qələbəsinin 70 illiyi ilə bağlı keçiriləcək bayram tədbirləri ilə bağlıdır”, deyə nazirliyin bəyanatında vurğulanıb.
Türkan