Paşinyan XİN rəhbərlərinin Moskva görüşü ilə bağlı nikbindir

Ermənitsanın Baş naziri Nikol Paşinyan Ermənistan XİN rəhbərinin sülh müqaviləsinin daha bir neçə maddəsi və Laçın dəhlizinin açılması ilə bağlı istənilən qərarı razılaşdıracağını gözləyir.
Sfera.az xəbər verir ki, baş nazirin bu gözləntisi bu gün Moskvada keçiriləcək Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin növbəti görüşü ilə bağlıdır.
"Biz həll yollarını tapmalıyıq və gündəmdəki fundamental məsələlərdəki anlaşılmazlıqlar danışıqların məntiqini heç bir şəkildə dəyişmir", - Paşinyan bildirib.
Rusiya ilə Türkiyə arasındakı gərginliyin danışıqlara müsbət təsir göstərə biləcəyi ilə bağlı suala Ermənistanın baş naziri cavab verib ki, heç bir gərginlik müsbət nəticə verə bilməz, lakin baş verənləri şişirtməyə də ehtiyac yoxdur:
“Çünki Rusiya və Türkiyə arasındakı bəzi fikir fərqliliklərinə baxmayaraq, tərəflər fəal şəkildə əməkdaşlığı davam etdirirlər.
Əzizə Zeynal