Baydenin başı dərddə - Konqres impicmentə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Cozef Baydenin ailə üzvlərinin xaricdəki korrupsiya sxemləri işi ilə bağlı ona impiçment elan etməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, bunu Nümayəndələr Palatasının spikeri Kevin Makkarti deyib.
Konqresmenin qeyd etdiyi kimi, seçki kampaniyası zamanı Bayden heç vaxt bizneslə məşğul olmadığını iddia edib.
Qeyd edək ki, hazırkı prezident özünün və ailəsinin Çindən bir dollar da almadığını iddia etsə də, araşdırmalar əksini sübut edib.
"Biz bunun doğru olmadığını sübut etdik. İş Konqresə bütün digər zəruri bilik və məlumatları əldə etmək üçün ən güclü səlahiyyət verəcək impiçment araşdırmasına doğru gedir", - Makkarti deyib.
Nümayəndələr Palatasının spikeri onu da əlavə edib ki, Bayden sonuncu dəfə ABŞ-ın keçmiş prezidenti Riçard Niksonun administrasiyası dövründə tətbiq edilən üsullardan, hökumətdən öz ailəsinin maraqları üçün silah kimi istifadə edir.
Əzizə Zeynal