Logo

Moskva ticarət mərkəzində isti su borusu partladı: 4 ölü, 9 yaralı

Moskva ticarət mərkəzində isti su borusu partladı: 4 ölü, 9 yaralı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın paytaxtı Moskvada Ticarət Mərkəzində isti su borusunda baş verən partlayış ölümlə nəticələnub.

Sfera.az xəbər verir ki, “Zəfər parkı” yaxınlığındakı “Vremena Qoda” ticarət mərkəzində (AVM) baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə ilə bağlı açıqlama verən Moskva meri Sergey Sobyanin Telegram-da “Ticarət mərkəzində baş verən fəlakətdə 4 nəfər həyatını itirdi. Ailələrinə və yaxınlarına başsağlığı veririk. Xilasetmə qrupları işlərini davam etdirir”, - deyə o bildirib.

Sobyanin qeyd edib ki, bütün xəsarət alanlara tibbi yardım göstərilib.

Hadisə ilə bağlı təhlükəsizlik qüvvələrinin başlatdığı istintaq davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR