Ankarada partlayış oldu
Kateqoriya məlum deyil
Ankaranın Çubuk vilayətində şiddətli partlayış baş verib.
Qafqazinfo-nun "Haber7"yə istinadən verdiyi məlumata görə, partlayışın hansı səbəbdən baş verdiyi bilinmir. Ölən və xəsarət alanların olmadığı deyilir.
Hadisə yerinə yanğınsöndürənlər və polislər cəlb olunub.






