Logo

Aralıq dənizində 25 miqrantın cəsədi tapıldı

Aralıq dənizində 25 miqrantın cəsədi tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aralıq dənizi sahillərində 25 miqrantın cəsədi aşkarlanıb.

Qafqazinfo-nun verdiyi xəbərə görə, bu barədə "Sərhədsiz həkimlər" təşkilatının məlumatında bildirilir.

Rezin qayıqda üzən daha 107 nəfər isə ölüm təhlükəsindən xilas olunub.

"Sağ qalan 23 nəfərin bədənində kimyəvi yanıqlar aşkarlanıb. 7 nəfər ağır travma alıb və onlar İtaliyada xəstəxanalardan birinə yerləşdirilib", - təşkilatın nümayəndəsi bildirib.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2016-cı ildə 3 min 500 nəfər Aralıq dənizi və Şimali Afrika sahillərində həlak olub.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR