Logo

Yunanıstanın Rodos adasından 30 mindən çox insan təxliyə olundu

Yunanıstanın Rodos adasından 30 mindən çox insan təxliyə olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yunanıstanın Rodos adasında meşə yanğını təhlükəsi olan ərazilərdən 30 mindən çox insan təxliyə edilib.

Sfera.az  xəbər verir ki, bunu yerli bələdiyyə mədəniyyət və idman təşkilatının rəhbəri Teris Hacıoannu bildirib.

Onun sözlərinə görə, Rodosun Kiotari və Lardos bölgələrindən böyük xilasetmə əməliyyatı davam edir. İnsanlar onlarla avtobus vasitəsilə sahil mühafizəsi, silahlı qüvvələr və yerli hakimiyyət orqanlarının köməyi ilə təxliyə edilir.

Polisin bildirdiyinə görə, yüzlərlə turisti daşıyan ilk avtobuslar artıq Lindosa çatıb.

Rodos şəhərinin vitse-meri Konstantinos Tarasliasın sözlərinə görə, güclü külək meşə yanğınlarının söndürülməsində xeyli çətinliklər yaradır.

Xatırladaq ki, Rodosda beşinci gündür ki, şiddətli meşə yanğını tüğyan edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR