Logo

Paşinyan yeni müharibənin mümkünlüyünü açıqladı

Paşinyan yeni müharibənin mümkünlüyünü açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın baş naziri Paşinyan yeni müharibənin mümkünlüyünü açıqlayıb.

“France-Presse”ə müsahibə verən Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana və bu saziş parlamentlər tərəfindən təsdiq olunana qədər müharibənin təkrarlanması ehtimalı böyükdür.

“Ümumiyyətlə, Yer kürəsinin saziş çərçivəsində həll olunmayan münaqişəli vəziyyətli istənilən yerində istənilən vaxt müharibə ola bilər və bu, nəzərə alınmalıdır”, - deyə Paşinyan əlavə edib.

“Yenidən kəskinləşmələr, yeni müharibələr həmişə mümkündür, lakin bu, onun baş verəcəyi anlamına gəlmir. Amma bu, həm də o demək deyil ki, müharibə olmayacaq”, - Paşinyan vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR