Ərdoğan Zelenski ilə DANIŞDI - Masada nələr var?
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb.
Sfera.az bildirir ki, iki ölkə başçısı taxıl müqaviləsinin uzadılmasının detallarını müzakirə edib. Bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
"Zelenskinin xahişi ilə baş tutan telefon danışığı zamanı liderlər taxıl sazişinin uzadılması məsələsini ətraflı müzakirə ediblər. Prezident Ərdoğan bildirib ki, Türkiyə sülhün bərqərar olması üçün fəal səy göstərir", deyə məlumatda bildirilib.
Xatırladaq ki, Rusiya daha əvvəl Türkiyə, Ukrayna və BMT-ni iyulun 18-dən qüvvəyə minən taxıl müqaviləsinə xitam verdiyi barədə xəbərdar etmişdi. Bu saziş Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxıl və ərzaqlarının, eləcə də gübrə ixracını nəzərdə tuturdu.
Türkan