Rusiyada qanun dəyişdirilir – Daha çox adam hərbi xidmətə çağrılacaq

Rusiyada qanun dəyişdirilir – Daha çox adam hərbi xidmətə çağrılacaq

Rusiyada gələn ildən hərbi xidmətə çağırış yaşının yuxarı həddi artırılacaq.

 
Sfera.az xəbər verir ki, hazırda 18-27 yaş aralığında olan gənclər hərbi xidmətə çağırılır. 


Yeni qaydalarla yuxarı yaş həddi 30-a çatdırılacaq və 18-30 yaş aralığında olanlar xidmətə göndəriləcək. 


Dəyişikliklə bağlı qanun layihəsi hazırlanan zaman müdafiə naziri Sergey Şayqu çağırış yaşının aşağı həddinin 21 yaşa qaldırılmasını təklif etmişdi. Lakin bu təklif qəbul olunmadı. Yeni normalar 2024-cü ildən qüvvəyə minəcək.  


Çağırış yaşının yuxarı həddinin artırılması Rusiyaya hərbi xidmətə daha çox əsgər cəlb etməyə imkan yaradacaq. Rusiya ümumilikdə hərbi qulluqçuların sayının 1,5 milyon nəfərə qədər artırılmasını hədəfləyir. 


Vasif


OXŞAR XƏBƏRLƏR