Obama özünə iş axtarır

Obama özünə iş axtarır
 
ABŞ prezidenti Barak Obama səlahiyyət müddəti başa çatdıqdan sonra Silikon vadisində, yüksək texnologiyalar sektorunda çalışa bilər. Sfera.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times” məlumat yayıb.
 
Obamaya yaxın şəxslər bildiriblər ki, prezident son bir il ərzində Kaliforniyadakı yüksək texnologiya mərkəzlərinə 10-a qədər səfər edib. Bu səfərlər onun prezidentlikdən sonrakı həyatını planlaşdırması ilə bağlıdır. 
 
"Prezidentliyinin bitməsinə 3 aydan da az bir vaxt qaldığı dövrdə Obama Ağ Evi tərk etdikdən sonra nə ilə məşğul olacağını düşünür. Böyük ehtimalla o, Silikon vadisi ilə sıx bağlı olan işlə məşğul olacaq”, - deyə qəzet yazıb.
 
Misal kimi qəzet Obamanın Pittsburq Universitetində "SpaceX” tərəfindən yaradılan "Dragon” kosmik gəmisinə diqqətlə baxış keçirməsini göstərir. O, baxış zamanı gəminin Beynəlxalq Orbital Stansiyasına yanaşmasını təmin edən kompüter proqramını yoxlayıb. Bundan başqa, Obama dövlət və özəl sektorun 2030-cu ildə Marsa missiya göndərmək məsələsində əməkdaşlığına tərəfdar çıxıb. "SpaceX” nümayəndəsi Fil Larsen deyib ki, Obama alimlərin gələcək haqqında sehrli şeylər danışmasını xoşlayır.  


OXŞAR XƏBƏRLƏR