Logo

“Zelenskiyə deyərdim ki...” – Tramp müharibəni bitirmək planından danışdı

“Zelenskiyə deyərdim ki...” – Tramp müharibəni bitirmək planından danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya-Ukrayna müharibəsini 24 saata bitirə biləcəyini dəfələrlə söyləyən ABŞ-ın keçmiş Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində müharibəni bitirmək planını açıqlayıb.

Sfera.az xəbər verir ki, Tramp bunları deyib:

"Mən Zelenskini tanıyıram. Putini daha yaxşı tanıyıram. Həm də hər ikisi ilə çox yaxşı münasibətim var. Zelenskiyə deyərdim ki, indi o, sövdələşməyə getməlidir. Putinə isə deyərdim ki, əgər sövdələşməyə razı olmasa, biz Ukraynaya daha çox silah verərik. Razılaşma bir gündə tamamlanardı", - o deyib.

Putin, Si Cinpin və Emmanuel Makron kimi liderlərin ABŞ prezidenti Co Baydeni öz zəkaları və taktikaları ilə məğlub etdiklərini ifadə edən Tramp, "Bu insanlar ağıllı, sərt və təhlükəlidirlər. Onlar bu oyunun başındadırlar. Bu, ölkəmizin tarixindəki ən pis dövrdür",- sabiq prezident qeyd edib.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR