Çin Tayvanı mühasirəyə aldı - Ada sərhədlərinə 16 döyüş gəmisi və 15 təyyarə gətirilib

Çin Tayvanı mühasirəyə aldı - Ada sərhədlərinə 16 döyüş gəmisi və 15 təyyarə gətirilib

Çin Xalq Azadlıq Ordusu (PLA) son zamanlar Tayvan bölgəsində hərbi gəmi əməliyyatlarını gücləndirərək, bölgədəki təlimlərə cəlb olunan gəmilərin sayını rekord həddə çatdırıb. Ümumilikdə 16 Çin döyüş gəmisi dənizə çıxıb və adanın ətrafında patrul xidməti həyata keçirib.
 

Sfera.az bildirir ki, bu aktivliyə Qərb ölkələrinin regionda hərbi təlimlər keçirmək barədə razılığa gəldiyi NATO sammiti səbəb olub.
 

Döyüş gəmiləri ilə yanaşı, Çin qırıcıları da Tayvanın ətrafında uçuşlar həyata keçirib. Tayvanın müdafiə nazirliyi cümə günü bildirib ki, ərazidə fəaliyyət göstərən 15 PLA təyyarəsi və 16 gəmi aşkar edib. Müşahidəçilər qeyd ediblər ki, əslində Çin qüvvələri son vaxtlar Tayvan sahillərinə rekord sayda gəmi göndərib.

Aşağıdakı PLA gəmilərinin adanın ətrafında yerləşdiyi bildirilir:


Tip 075 Guangxi - universal desant gəmisi (UDC). Onun göyərtəsində müxtəlif təyinatlı 28 helikopter, 1500-ə yaxın hərbçi, həmçinin 70-ə yaxın müxtəlif döyüş maşını yerləşə bilir.

 

Type 052D Baotou 130 mm-lik PJ-38 top qurğusu, 64 HHQ-9 SAM buraxılış qurğusu və FL-3000N zenit-raket sistemi ilə silahlanmış esminesdir.


Type 054A Anyang, HQ-16 orta mənzilli hava hücumundan müdafiə raketlərini daşıyan freqatdır.


Type 903A Chaohu PLA Hərbi Dəniz Qüvvələri üçün tikilmiş təchizat gəmisidir.


Müşahidəçilərin müqayisəsinə görə hətta keçən avqust və bu ilin aprel ayında PLA-nın genişmiqyaslı hərbi təlimləri zamanı bu rəqəm heç vaxt 14-ü keçməyib. Bu cür fəaliyyət, ada ərazisindəki PLA-nın ABŞ, Böyük Britaniya, Avstraliya və Yaponiya regionunda birgə təlimlərdən bəhs edən NATO sammiti fonunda Tayvanı əngəlləmək imkanını nümayiş etdirməsi ilə əlaqədardır.


“Gəmilərin geri qayıtması ilə bağlı heç bir məlumat olmadığından, Type 075 gəmisinin başçılıq etdiyi amfibiya qrupu Tayvan adasının şərqindəki sularda təlimlərdə iştirak edə bilər”- deyə çinli ekspertlər bildiriblər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR