Amerikalılar dondurma istehlakını azaldır – SƏBƏB

Amerikalılar dondurma istehlakını azaldır – SƏBƏB

ABŞ-də dondurma istehlakı tədricən azalır. 


Sfera.az ABŞ-nin Kənd Təsərrüfatı Departamentinin məlumatına istinadla xəbər verir ki, azalma dinamikası 1980-ci ildən sonra müşahidə olunur. 


Departamentin məlumatına əsasən, 1986-cı ildə bir amerikalı il ərzində 18 kilo dondurma yeyirdi. Hazırda illik istehlak 12 kiloqrama düşüb. 


Dondurmanın adının artıq çəki və şəkər xəstəliyinə səbəb olan qidaların siyahısına düşməsi əhali arasında dondurma istehlakının azalmasına səbəb olub. 


Şəkərin sağlamlığa təsiri ilə bağlı narahatlıqların artması ilə, dondurmanın faydalı bir yemək kimi imici əriyir. Artıq ABŞ-də belə bir fikir formalaşıb ki, çox dondurma yemək ürək xəstəliyi, diabet və piylənmə ehtimalını artırır. 


Departamentin açıqladığı məlumatlara görə, dondurma istehlakındakı dəyişiklik belə düşünməyə əsas verir ki, artıq amerikalılar əvvəlki kimi dondurmanı sevmir. 2018-ci illə müqayisədə ABŞ-də dondurma istehlakı 2022-ci ildə təxminən 8% azalıb. 


ABŞ-də hələ də dondurma satışının həcmi böyükdür. Ötən il ölkədə 7 milyard dollar dəyərində dondurma satılıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR