ABŞ-nin Ukraynaya verdiyi kasetli bombalar Putini ÖZÜNDƏN ÇIXARDI
Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin kasetli sursatları Ukraynaya çatdırmasına reaksiya verib.
Sfera.az bildirir ki, o, Rusiyanın da eyni silah ehtiyatının olduğunu xatırladıb. “Bizə qarşı istifadə edərlərsə, əlimizdə olanlardan Ukraynaya qarşı istifadə etməyi nəzərdən keçirəcəyik”, deyə Putin bildirib.
Ukraynanın yüksək səviyyəli hərbi rəsmisi isə “CNN”ə onların hələ istifadə olunmadığını deyib. Digər tərəfdən, Vaşinqtonun Kiyevə kaset bombaları göndərmək qərarı mübahisə yaradıb və insan haqları qrupları tərəfindən tənqid edilib.
ABŞ prezidenti Co Bayden “CNN”ə deyib ki, Ukraynaya kasetli sursatların göndərilib-göndərilməməsi ilə bağlı qərar vermək çox çətin olub: “Lakin Kiyevin müharibəni davam etdirmək üçün daha çox sursata ehtiyacı olduğunu nəzərə almalı idik”.
ABŞ Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmisinin sözlərinə görə, Kiyev şəhər ərazilərində kaset bombalarından istifadə etməyəcəyinə dair “yazılı zəmanət” verib.
Türkan