Pakistanın hərbi komandiri xəbərdarlıq etdi: Taliban silahlılarına...

Pakistanın hərbi komandiri xəbərdarlıq etdi: Taliban silahlılarına...

Pakistanın hərbi komandiri cümə günü Talibanı Əfqanıstandan transsərhəd hücumlar hazırlayan yaraqlılara sığınacaq verməyi dayandırmasa, qüvvələrinin effektiv cavab verəcəyi barədə xəbərdarlıq edib.
 

Sfera.az bildirir ki, Pakistan ordu rəisi general Asim Munir tərəfindən sərt açıqlamalar ölkənin Əfqanıstanla həmsərhəd olan cənub-qərbində yerləşən Bəlucistan əyalətində bu həftə silahlıların 12 Pakistan əsgərinin ölümünə səbəb olan iki hücumundan sonra gəlib.
 

Cümə günü Bəlucistanın paytaxtı Kvettada keçirilən hərbi toplantıda Munir həlak olan əsgərləri yad edib. Qeyd edək ki, çərşənbə günü hücumlar zamanı 7 hücumçu da cavab atəşi açan əsgərlər tərəfindən öldürülüb.
 

Həm Talibanın müttəfiqi olan ayrı silahlı qrup olan Pakistan Talibanı, həm də ekstremist İslam Dövləti qruplaşması Bəlucistanda fəaliyyət göstərir.
 

Bununla belə, çərşənbə günü törədilən hücumlardan birinə görə məsuliyyəti yeni yaradılmış “Təhrik-e-Cihad Pakistan” silahlı qruplaşması öz üzərinə götürüb. Zhob rayonundakı hücumda 9 əsgər həlak olub. Sui rayonunda 3 əsgərin ölümü ilə nəticələnən digər hücumun arxasında kimin dayandığı bəlli deyil.
 

Kabildəki Talibanın idarə etdiyi hökumət pakistanlı generalın sözlərinə dərhal reaksiya verməyib.
 

Munir Pakistan silahlı qüvvələrinin Pakistan Talibanının Əfqanıstandakı “təhlükəsiz sığınacaqları və hərəkət azadlığından” ciddi narahat olduğunu bildirib. O, Əfqanıstan Talibanının 2020-ci ildə Vaşinqtonla hər hansı bir terror qruplaşmasının Əfqanıstan ərazisindən hücumlar üçün istifadə etməsinə qadağa qoyacaq razılaşmada verdikləri vədlərə əməl edəcəyini gözlədiyini bildirib.
 

“Əgər bunu etməsələr, bu dözülməz hücumlara təsirli cavab veriləcək" - deyə ordu generalı bildirib.


Qeyd edək ki, Pakistanda Taliban və İŞİD yaraqlıları ilə yanaşı, qazla zəngin Bəlucistanda yerli bəluc separatçıları da güclü mövqeyə malikdir. Əyalət iyirmi ildir ki, millətçilərin aşağı səviyyəli qiyamlarına meydan olub. Separatçılar əvvəlcə əyalət resurslarından daha çox pay almaq istəyirdilər, lakin sonradan müstəqillik uğrunda üsyan da qaldırıblar.
 

Bəluc separatçıları ilə yanaşı, Pakistan Talibanı - qeyri-qanuni “Təhrik-e-Taliban” Pakistan əyalətdə Pakistan əsgərləri və polisinə edilən hücumların əksəriyyətinə görə məsuliyyəti öz üzərinə götürüb.
 

ABŞ və NATO qoşunları 20 illik müharibədən sonra ölkədən çıxarılmasının son mərhələsində olduğu üçün Talibanın 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra “Təhrik-e-Taliban” (TTP) da cəsarətlənib.


OXŞAR XƏBƏRLƏR