Dilənərək milyonçu olan hindistanlı - FOTO

Dilənərək milyonçu olan hindistanlı - FOTO

Hindistanda dilənçi Bharat Jain Mumbay küçələrində insanlardan pul dilənərək milyonlarla dollar toplayıb.

 

O, "dünyanın ən zəngin dilənçisi" adlanır.

 

Sfera.az bildirir ki, bu barədə “The Indian Times” yazıb. Kişi aşağı təbəqəli ailədə doğulub və normal təhsil ala bilməyib. Sabit bir iş tapa bilməyən Bharat pulunu qazandığı küçədə qalıb. İndi Jainin sərvəti 1 milyon 200 min dollara yaxındır ki, bu da onun ailəsinin yaxşı yaşamasına şərait yaradır. “Indian Times”ın məlumatına görə, o, dilənçiliklə ayda təxminən 728 dollar qazanır.

 

Bundan əlavə, adamın üç otaqlı mənzili və iki mağazası var ki, mağazaları ayda təxminən 364 dollara icarəyə verir. “Financial Express” xəbər verir ki, Jain hələ də şəhərin ən məşhur yerlərində, məsələn, Chhatrapati Shivaji Terminus və ya Azad Maydanda dilənçilik edir. Yad adamların səxavətinə arxalanaraq 10-12 saat ərzində gündə 30 dollar toplaya bilir. Onun qeyri-ənənəvi pul qazanma yolu ilə övladları monastır məktəbində təhsil alır və digər ailə üzvləri dəftərxana ləvazimatları mağazası işlədə bilirlər.

 

Bəzi məlumatlara görə, ailə üzvləri ondan dilənçiliyə son qoymasını istəsələr də, o, onlara məhəl qoymayaraq “işini” davam etdirir.

 

Aynil

 

 

 


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...