Qapı-qapı dost axtaran digər uşaqlardan incimiş tənha uşağa qonşular kömək etdilər - FOTO + VİDEO

Qapı-qapı dost axtaran digər uşaqlardan incimiş tənha uşağa qonşular kömək etdilər - FOTO + VİDEO

ABŞ-da qonşular zorakılığın qurbanı olan, onların qapısını döyən və onun yaşında hər hansı bir uşaq tanıyıb-tanımadıqlarını soruşan Texaslı bir oğlan üçün 37,000 dollardan çox pul toplamaqda kömək ediblər. Belə ki uşaq buna həqiqətən ehtiyac duyub.

 

Sfera.az bildirir ki, internetdə yayılan ürəkağrıdan video qısa müddətdə 68 milyondan çox baxış toplayıb. Təkcə TikTok-da 68 milyon dəfədən çox baxılan videoda Şeyden Uoker Amarilloda (Shaden Walker) qonşusunun evinin pilləkənlərində əsəbi halda addımlayır. Oğlanı qapı kamerasından Brennan Rey görüb.

 

Kişi uşağın necə olduğunu soruşub. "Salam. Sadəcə, buralarda 11-12 yaşlı oğlanlar tanıyıb-tanımadığınızı bilmək istədim, bəlkə də dostlara çox ehtiyacım olduğu üçün"-deyə Uoker yerə baxaraq cavab verib. Rey uşağa yaxınlıqdakı küçədə bir neçə uşağın yaşadığı evə göstərir. "Onlar artıq mənim dostum deyillər, çünki onlar mənə qarşı zorakılıq edirlər"-deyə Walker cavab verib.

 

Birdən oğlan qonşudan öz uşaqları olub-olmadığını soruşur və Rey ona iki yaşlı oğlu olduğunu deyəndə Walker sevinir. "Əladır. Mən əslində... düzünü desəm, iki yaşlı uşaqları sevirəm. Onlar tanıdığım ən şirin uşaqlardır" deyir və əlavə edir ki, “bir vaxtlar iki yaşlı bacısı olub".

 

Walker kişiyə adını deyir, kişi isə onu ərazidə görəndə salamlayacağını bildirir. Rey və həyat yoldaşı Angel tərəfindən paylaşılan sonrakı TikTok postunda Walkerin təxminən yarım saat əvvəl də onların evinə yaxınlaşıb, lakin qapını döyməyə cəsarət etmədiyi görülür. Cütlük Walker üçün “GoFundMe”də fandreyzinq təşkil etmək qərarına gəlib Cütlük Walkerin dostlar tapmasına kömək etmək üçün “GoFundMe”də pul yığımı təşkil etmək qərarına gəlib. Pul onun oyun sistemi, məktəb paltarları, hətta bəlkə də əyləncə parkına bilet almaq üçün istifadə olunacaq. İnanılmaz dəstək ilə onlar ilk mərhələdə 7000 dollardan çox yardım toplayıb.

 

Ümumilikdə isə 37 mindən çox pul yığa biliblər. Bütün gəlirlər birbaşa Walker ailəsinə gedəcək. "Səxavətinizə və xeyirxahlığınıza görə hamınıza təşəkkür edirəm! Biz bu icmadan dəstək görəcəyimizi gözləyirdik, lakin hamının Şeydeni necə dəstəklədiyi bizi şoka salır və heyrətə gətirir"- deyə cütlük GoFundMe-də yazıb.

 

Aynil

 

@brennanray Its takes 2 seconds to make someones day, you never know what people are going through until you get a chance to talk to them. This young man is well mannered, kind, and brave. So tiktok can we help shayden make some friends???#fyp #bekind #nobullying #love #kindness #letschangetheworld ♬ original sound - Brennan Ray


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...