Putin “Vaqner”çilərə 3 seçim təklif edib – “Amma onlar 4-cü yolu da seçə bilərlər...”

Putin “Vaqner”çilərə 3 seçim təklif edib – “Amma onlar 4-cü yolu da seçə bilərlər...”

“Putin “Vaqner” muzdlularına 3 seçim təklif edib: onlar ya Müdafiə Nazirliyinin sıralarına qatılmalı, ya evlərinə dönməli, ya da Belarusda yerləşməlidirlər. Amma onlar üçün dördüncü seçim də var”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, muzdluların bir hissəsinin Afrika qitəsinə qayıdışı da mümkündür:

 

“Priqojin Ukrayna müharibəsindən əvvəl bir neçə Afrika ölkəsinin lideri ilə müqavilə imzalamışdı. Bu müqavilə çərçivəsində “Vaqner” həmin ölkələrdə silahlı qüvvələrə təlimlər keçib, müxalif qruplarla savaşlarda və zəngin yataqların qorunmasında iştirak ediblər. Bu fəaliyyətlər Priqojinə və muzdlulara yaxşı pul qazanmaq imkanı verib. Ancaq “Vaqner”in Afrikaya qayıdışı asan başa gəlməyəcək, əngəllər çoxdur”.

 

Ekspertin sözlərinə görə, Avropa İttifaqı Afrika ölkələrinə təzyiq edirlər ki, “Vaqner”lə əməkdaşlıqdan imtina etsinlər:

 

“Avropa İttifaqı Afrika ölkələrinə maliyyə dəstəyi verir. Əgər Afrika ölkələri Avropa İttifaqının istəyini yerinə yetirməsələr, onlara ayrılan maliyyə dəstəyi azalacaq və bu ölkələr başqa sanksiyalarla da üzləşə bilərlər. İkincisi, Vaşinqton da “Vaqner”in Afrikaya qaydışının qarşısını almağa çalışacaq. Dövlət Departametindən yayımlanan açıqlamada, “Vaqner”in tərksilah olunması və müxtəlif ölkələrdəki fəaliyyətinə son qoyulması vacibliyi bildirilib. ABŞ Yevgeniy Prqijon və “Vaqner” muzdlu qruplaşmasının digər üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib. Nəhayət, Kremlin özü də “Vaqner”in Afrikaya qayıdışında maraqlı deyil. Çünki Kremldə ehtiyat edirlər ki, “Vaqner” Afrikada fəaliyyətini davam etdirərsə, həm güclənər, həm də maliyyəsi artar. Bu isə Yevgeniy Priqojin və onun muzdlularını yenidən Rusiya hakimiyyətinə qarşı qiyama həvəsləndirə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...