ABŞ hökuməti gizli bunkerdə "yeraltı şəhər" gizlədir - Burada hətta McDonald's da var - FOTO

ABŞ hökuməti gizli bunkerdə

ABŞ-da prezidentliyə namizəd Robert Kennedi nüvə bunkerində nəhəng bir "şəhər" olduğunu və onun içərisində hətta McDonald's-ın olduğunu iddia edir.

 

Sfera.az bildirir ki, siyasətçi ABŞ-ın keçmiş rəsmisi Robert Kennedinin oğludur.

 

1962-ci ildə 13 günlük Kuba Raket Böhranı zamanı atası Baş Prokuror vəzifəsində çalışıb, bu da ABŞ-a raketlər atıldığı təqdirdə ailənin qorunacağı demək idi.

 

Gərginlik pik həddə çatanda ailə gizli yeraltı bunkerə köçürülmək üzrə olub. Robert Kennedinin oğlu ailəsinin az qala gizli bir yerə necə aparıldığı haqqında danışb.

 

Demokratlardan prezidentliyə namizəd nəhəng şəhəri və McDonald's restoranı olan nüvə bunkerinin mövcudluğuna əmindir. Jurnalist Lex Friedman ilə danışan Demokrat namizəd hökumət rəsmiləri tərəfindən heç vaxt təsdiq və ya təkzib edilməmiş bunker haqqında bildiklərini işıqlandırıb.

 

Şəhərin dəqiq harada olduğu da məlum deyil, baxmayaraq ki, harada olması barədə qeyri-müəyyən bir fikir əldə edilmişdir. "Atam gecələri Ağ Evdə keçirirdi və evə gəlmirdi. Nə baş verdiyini anlamağa çalışırdılar. ABŞ marşalları bizi götürmək üçün evimizə gəldilər. Bizi cənubdakı White Sulphur Springsə aparacaqdılar. Virciniya Blue Ridge Dağlarında yerləşir. Bu, əsasən yeraltı şəhər idi. Bunker, McDonald's-ı olan bir şəhər. Bu, ABŞ hökuməti və onların ailələri üçün bütöv bir şəhər idi"-deyə Robert Kennedi bildirib.

 

Qeyd edək ki, rəsmi olaraq, Raven Rock Mountain kompleksi prezidentliyə namizədin danışdığı ərazidə mövcud olan yeganə ərazidir. Sayt R olaraq da adlandırılan kompleks ABŞ Ordusu, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları Korpusunun fövqəladə reaksiya mərkəzlərinin yerləşdiyi yeraltı ABŞ hərbi nüvə bunkeridir. O, 1950-ci illərdə tikilib və heç vaxt geniş ictimaiyyət üçün əlçatan olmayıb, ona görə də heç kim orada nə olduğunu bilmir.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...