Logo

Makron “Ukrayna üçün bunu edəcəm” dedi – Peskov qərarı “Fransanın səhvi” ADLANDIRDI

Makron “Ukrayna üçün bunu edəcəm” dedi – Peskov qərarı “Fransanın səhvi” ADLANDIRDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransa Kiyevə uzaqmənzilli raketlər verəcək.

Sfera.az bildirir ki, bunu prezident Emmanuel Makron deyib.

“Silah və texnikanın tədarükünü artırmaq qərarına gəldim. Bu, Kiyev qüvvələrinə özlərini müdafiə etməyə imkan verəcək”, deyə o söyləyib. Makron raketlərin sayı və növləri barədə əlavə məlumat verməkdən imtina edib.

Qərara Kremldən dərhal reaksiya gəlib. Belə ki, prezidentin mətbuat katibi Dmitri Peskov bu addımı “Fransanın səhvi” adlandırıb və Rusiyanın əks tədbirlər görəcəyini deyib:

“Bu qərarlar savaş çərçivəsində hadisələrin gedişatına təsir edə bilməz, yalnız Ukrayna rejiminin taleyini pisləşdirə bilər”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR