NATO-dan “Vaqner”lə bağlı AÇIQLAMA
“Rusiya Belarusda nüvə silahı yerləşdirdiyini elan etsə də, onun nüvə mövqeyində dəyişiklik görmürük”.
Sfera.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Bununla belə, baş katib xəbərdarlıq edib.
“Rusiyanın nüvə ritorikası ehtiyatsız və təhlükəlidir. NATO müttəfiqləri Rusiyanın nə etdiyini izləyir. Biz sayıq qalacağıq", deyə Yens söyləyib.
Stoltenberq çıxışı zamanı həmçinin, "Vaqner" muzdlu qruplaşmasından da söz açıb. O, alyansın qrup döyüşçülərinin Belarusa hərəkət etməsini müşahidə etmədiyini vurğulayıb:
"Vəziyyəti çox diqqətlə izləyirik”.
Qeyd edək ki, həftə sonu Polşa 1000-dən çox hərbçini ölkənin şərqinə köçürməyə başlayıb. Bu addım isə Belarusda “Vaqner” döyüşçülərinin mövcudluğuna görə yaranan narahatlıq fonunda atılıb.
Türkan