Türkiyəyə “F-16”lar veriləcək – Bayden Konqreslə danışıqları sürətləndirir

Türkiyəyə “F-16”lar veriləcək – Bayden Konqreslə danışıqları sürətləndirir

Türkiyənin İsveçin NATO-ya üzv olmasına razılıq verməsi “F-16”larla bağlı ABŞ ilə yaranan çətinliyi aradan qaldıra bilər.

 

Sfera.az xatırladır ki, Türkiyə ABŞ-dən modernləşdirilmiş “F-16” almaq istəsə də, rəsmi Vaşinqton Ankaranın istəyinə müsbət yanaşmırdı.

 

Türkiyəli siyasətçilər bildirirdilər ki, təyyarələrin satılmamasına əsl səbəbi Türkiyənin İsveçin NATO-ya üzv olmasına veto qoymasıdır.

 

NATO Liderlər Zirvəsinin keçirildiyi Litvanın paytaxtı Vilnüsdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin bu quruma üzv olmasına maneə qalmadığını, ölkəsinin bu prosesə razılıq verdiyini bildirib.

 

Ərdoğanın bu açıqlamasından sonra ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə Baydenin “F-16” satışına çoxdan razı olduğunu söyləyib. “F-16”ların Türkiyəyə satışının ABŞ-nin maraqlarına uyğun olduğunu vurğulayan Sullivan Baydenin Konqreslə məsləhətləşərək bu prosesi irəli aparmağı planlaşdırdığını qeyd edib.

 

Bununla belə o Konqresin “F-16”ların Türkiyəyə satışını nə zaman təsdiq edəcəyinin bilinmədiyini də vurğulayıb.

 

Qeyd edək ki, Bayden və Ərdoğan bu gün görüşəcəklər. Görüşdə bir çox ikitərəfli və regional məsələnin, o cümlədən “F-16”lar məsələsinin müzakirə ediləcəyi gözlənilir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR