Ukrayna NATO-ya üzv olur? - Yens Stoltenberqdən MÜHÜM AÇIQLAMA
NATO-nun baş katibi Yens Stoltenberq alyansın sammitindən qabaq açıqlama verib.
Sfera.az “Reuters”ə istinadən bildirir ki, baş katib Ukraynanın NATO-ya üzvlüyündən danışıb.
“Sammitin yekun kommünikesi Ukraynanın üzvlük yolu ilə bağlı müsbət mesaj verəcək”, deyə Yens söyləyib.
O, Ukraynanın alyansla daha da yaxınlaşdığını və bunun NATO-nun bütün qərarlarında əks olunmalı olduğunu vurğulayıb. Stoltenberq həmçinin, sammitin yekun kommünikesinin mətninin üzərində işləndiyini əlavə edib.
ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan da bildirib ki, Vaşinqton və müttəfiqləri bu gün Litvada başlayacaq sammitdə Ukraynanın gələcək NATO üzvlüyü ilə bağlı pozitiv mesaj göndərəcəklər. Sullivan toplantıda Ukraynaya yeni yardım paketinin razılaşdırılacağını da bildirib.
Günay Rəsulqızı