İkinci Dünya Müharibəsi zamanı 3 fərqli orduda döyüşən tarixin ən bəxtsiz əsgəri - FOTOLAR

İkinci Dünya Müharibəsi zamanı 3 fərqli orduda döyüşən tarixin ən bəxtsiz əsgəri - FOTOLAR

İkinci Dünya Müharibəsi ilə bağlı hekayələr və xatirələr danışmaqla bitmir. Bəziləri maraqlı, bəziləri isə nümunəvidir. Bu dəfəki hekayə ironik adlandıra biləcəyimiz hekayədir.

 

Sfera.az sizə İkinci Dünya Müharibəsi zamanı 3 fərqli orduda döyüşən tarixin ən bəxtsiz əsgəri haqqında yazı təqdim edir.

 

Hadisənin baş qəhrəmanı olan bədbəxt koreyalı Yanqın hekayəsi müharibənin əvvəlində Yaponiya ordusuna çağırıldıqdan sonra başlayır.

 

 

Ruslara qarşı döyüşərkən əsir düşən Yanq 1940-cı illərin o dəhşətli sovet düşərgələrindən birində həbs edilib. Lakin ruslar bu hərbi əsirləri həbsdə saxlamaq əvəzinə, onların bir qismini Qırmızı Orduya cəlb etmək qərarına gəliblər.

 

Yang bu əsgərlər arasından seçilib və bu dəfə Rus Qırmızı Ordusu sıralarında almanlara qarşı döyüşüb.

 

 

Ancaq şanssızlıq bu dəfə də Yangı tərk etməyib. O, 1942-ci ildə Xarkov döyüşü zamanı almanlara əsir düşüb. Bir müddət Almaniya həbsxanalarında məhbus olan Yanq 1944-cü ildə məşhur Normandiya desantında alman formasını geyinib Müttəfiq qüvvələrinə qarşı güllə atmalı olub.

 

 

D-Day kimi də tanınan Normandiya Çıxışı əsl qırğın idi. Müttəfiqlər sahil xəttini ələ keçirməzdən əvvəl çoxlu itkilər verdi. Hadisə bir çox filmlərə və hətta kompüter oyunlarına ilham verib və vizual materiallarla işlənib. Döyüş zamanı çoxlu itki olsa da, əvəzində alman xətləri ələ keçirilib. Sürətlə irəliləyən Müttəfiq qoşunları cəbhələri və qalaları təmizləyir, bir çox alman əsgərini əsir götürürdü. Bu zaman ingilisləri heyrətə salan hadisə Yanqın və onun kimi daha bir neçə koreyalı əsgərin ələ keçirilməsi olub. Alman formasında asiyalı görən əsgərlər məəttəl qalıblar. Yang daha sonra məhbus olaraq İngiltərədəki həbsxanaya göndərilib və hekayəsi araşdırılıb.

 

 

Bir müddət sonra o, Amerikadakı başqa bir həbsxanaya köçürülüb və müharibənin sonuna qədər orada qalıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR