Hollivud ulduzlarının sevimli kurort yeri indi kabus şəhərinə çevrilib - FOTOLAR

Hollivud ulduzlarının sevimli kurort yeri indi kabus şəhərinə çevrilib - FOTOLAR

Kiprin Famaqusta şəhərinin cənub məhəlləsində yerləşən Varoşa bir vaxtlar Elizabeth Taylor kimi məşhurların tətil yeri olub. İndi Hollivud ulduzlarının bu sevimli istirahət yeri “qaranlıq” turizmin dumanlı yerinə çevrilib.

 

Sfera.az bildirir ki, talan edilmiş mağazalar və xaraba binalar bir vaxtlar Amerika ulduzları tərəfindən sevilən şəhəri səliqəli kurort yerindən daha çox qorxu filmlərinə bənzədir.

 

20 iyul 1974-cü ildə Şimali Kipr hadisələrindən sonra kurort şəhərinin bir hissəsi ziyarət yerindən çox əsl kabus şəhərinə çevrilib. Həmin vaxt yunan xuntasının dövlət çevrilişinə cəhdi münaqişəyə səbəb olmuşdu və türk qoşunları adaya girməyə məcbur qalmışdı. O vaxtdan Varoşa bir vaxtlar hərbçilər tərəfindən mühasirəyə alınmış və tarixi tələyə düşmüş bir kabus şəhəri olaraq qalıb.

 

Kurort artıq məşhurların sevimli istirahət məkanı deyil.

 

 

"Varoşa əvvəldən sövdələşmə vasitəsi kimi düşünülmüşdü. Əslində danışıqlar zamanı Kipr türk tərəfi üç dəfə müxtəlif güzəştlər təklif etmişdi ki, bunlardan da ən çox yayılmışı Famaqusta limanını, eləcə də Ercan limanını açmaq istəmələri idi”- deyə Lefkoşa Universitetinin tarix və beynəlxalq əlaqələr professoru Hubert Faustmann müsahibəsində bildirib.

 

2020-ci ildə Şimali Kipr şəhəri turistlər üçün yenidən açmaq qərarına gəldi, lakin kino ulduzlarının toplaşdığı yerlərdə indi yeni bir turist növü var.

 

"Şəhər qaranlıq turizmdə lider oldu, ona görə də Varoşanın müəyyən hissələri açılmağa başladı. İndi bu, ekskursiyaların, elektron velosipedlərin, avtomobillərin və qəhvə mağazalarının olduğu bir turizm şəhəridir. Bu yer turizm sahəsi kimi istifadə olunur. Şəhər o mənada dəyişib ki, o, ictimaiyyət üçün açıqdır, lakin geri qayıtmaq üçün açıq deyil”- deyə professor Faustmann bildirib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR