Elon Maskın təyyarəsi Threads-də izləniləcək - FOTO

Elon Maskın təyyarəsi Threads-də izləniləcək - FOTO

Elon Maskın şəxsi təyyarəsini real vaxt rejimində izləyən bot və hesabın yaradıcısı Cek Svini Twitter hesabını blokladıqdan sonra Mark Zukerberqin yeni sosial şəbəkəsi Threads-ə keçib.

 

"ElonJet Threads-ə gəldi!"- Svini ilk sosial media postunu Meta-dan yazıb və dərhal 21.000-dən çox izləyici toplayıb.

 

Sfera.az bildirir ki, məşhur proqramçı uşaqlıqdan hava səyahətini sevir. O, təyyarələri, müxtəlif məşhurları, o cümlədən Microsoft-un qurucusu Bill Qeyts və Amazone-un baş direktoru Ceff Bezosu izləmək üçün 15 bot yaradıb. Botlar məlumatı ABŞ Federal Aviasiya Administrasiyasının açıq məlumatlarından, eləcə də uçuş planlarını xüsusi internet saytından götürür.

 

Qeyd edək ki, Cek Svininin hesabı Twitter-də çox məşhur olub. O, Elon Maskın “Falcone Gulfstream GLF6” şəxsi təyyarəsini izləyib. Belə nəzarət qalmaqallı İT maqnatı həqiqətən də bezdirib. Elon Mask hələ Twitter-in sahibi olmadığı vaxtda, Cekdən hesabı silməsini istəyib və bunu “təhlükəsizlik tədbiri” adlandırıb. O, hətta Sviniyə 5 min dollar təzminat təklif edib.

 

Lakin Cek kollec təhsilini ödəmək üçün cəsarətlə bu məbləği 50 minə qaldırıb. Sonradan Maskın tövsiyəsi ilə tələbləri “hansısa böyük İT şirkətində təcrübə keçmək imkanı” səviyyəsinə endirsə də, Mask bu təklifə heç bir cavab verməyib.

 

Cek bildirib ki, botundan çoxlu fayda əldə edib: o, kodlamağı öyrənib, sosial şəbəkələrdə abunəçilər cəlb edib, hətta UberJets-də part-time işə düzəlib. Bundan əlavə, o, bir neçə ildir öz kumiri hesab etdiyi Maskın özü ilə danışıb. Elon Mask Twitter-i satın alanda Cek Svininin hesabı dərhal bloklanıb. Bill Qeyts və Ceff Bezos kimi digər məşhurların isə hər kəs üçün əlçatan olan ictimai nəzarət vasitələrinin köməyi ilə şəxsi təyyarələrini izləyən profillərə əhəmiyyət verməməsi bu baxımdan diqqət çəkir.

 

Aynil


OXŞAR XƏBƏRLƏR