Zelenskinin bu addımı gündəm oldu - Müharibənin 500-cü günündə...

Zelenskinin bu addımı gündəm oldu - Müharibənin 500-cü günündə...

Müharibənin 500-cü gününü qeyd etmək üçün Zelenskinin İlan adasına səfəri dünya mediasında gündəm olub.

 

Sfera.az “The Telegraph”a istinadən xəbər verir ki, adaya gözlənilməz səfər edən Ukrayna liderinin sözləri də müzakirə obyektinə çevrilib.

 

“Bu gün işğalçılar tərəfindən heç vaxt fəth edilməyəcək İlan adasındayıq, çünki biz cəsurlar ölkəsiyik. Bu 500 gündə hər bir əsgərimizin qələbələrinə, Silahlı Qüvvələrimizə, kəşfiyyatımıza, Milli Qvardiyamıza, sərhədçilərimizə, Ukrayna Təhlükəsizlik Xidmətinə, Milli Polisə, siqnalçılarımıza, xalqımıza bu yerdən təşəkkür etmək istəyirəm. Ukrayna uğrunda döyüşən hər kəsə təşəkkür edirəm. Biz mütləq qalib gələcəyik”, deyə Zelenski söyləyib.

 

Qeyd edək ki, müharibənin başladığı ilk günlərdə Rusiya hərbçilərinin “təslim ol” çağırışına Ukrayna əsgərlərinin verdiyi “rədd ol” cavabı bu savaşın rəmzinə çevrilmişdi.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...