Logo

Dünya şöhrətli Elton Con vida turunu başa vuraraq, tarixdə ən yüksək gəlir əldə edib  - Fotolar

Dünya şöhrətli Elton Con vida turunu başa vuraraq, tarixdə ən yüksək gəlir əldə edib - Fotolar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Britaniyalı müğənni Elton Con 5 il davam edən vida turnesini Stokholmdakı konserti ilə başa vurub. Yekun kompozisiya onun ən böyük hitlərindən biri olan “Goodbye Yellow Brick Road” olub.

Sfera.az bildirir ki, müğənnilik karyerası ərzində 76 yaşlı müğənni Elton Con 5 Qremmi mükafatı alıb və 50 il səhnədə dünya üzrə 4600-ə yaxın konsert nümayiş etdirib. İyulun 8-də sonuncu konserti zamanı Elton Con milyonlarla pərəstişkarına başında, ürəyində və ruhunda qalacaqlarını bildirib. O, bütün həyatını xatırlayaraq, tamaşaçılara musiqinin 52 illik saf sevincindən danışıb. Elton Con İsveç “Tele2” Arenasında tamaşaçılara:

“Sizin üçün çıxış etmək mənim can damarım idi və siz tamamilə möhtəşəm idiniz. Ailəmi, oğullarımı, ərimi, hər şeyi qiymətləndirmək istəyirəm. Mən buna layiqəm"-deyə o bildirib. Müğənni bundan sonra qastrol səfərlərinə getməyəcəyini bildirib və uzun illər onunla birlikdə çalışan komandasına təşəkkür edib. "Onlar həqiqətən inanılmazdırlar və ən yaxşısıdırlar, sizi əmin edirəm". O, şousuna “Bennie and the Jets” ilə başlayaraq, “Philadelphia Freedom”, “Tiny Dancer”, “Rocket Man” və “Candle in Wind” daxil olmaqla bir çox başqa hitləri ifa edib. Konsert iki saatdan çox davam edib. Qeyd edək ki, Elton Conun “Əlvida Sarı Kərpic Yolu” ilə vida turu 2018-ci ildə Şimali Amerikada başlayıb. 6 milyondan çox pərəstişkarı ilə açılan tur dünyanı belə demək mümkünsə, fırtına ilə ələ keçirib. Diqqət çəkən məqamlardan biri onun keçən ay “Glastonbury” (Qlastonberi) Festivalında flaqman çıxışı olub. Bu tur bütün zamanların ən çox gəlir gətirən konsert turlarından birinə çevrilib. Bilet satışı 900 milyon dollara çatıb.

Xatırladaq ki, Elton Con gözlənilmədən məşhur “Glastonbury” festivalında çıxış edib. 76 yaşlı superulduz müğənni göz yaşları ilə Piramida Səhnəsinə qalxaraq, burada 2 saat çıxış edib.

Dünya şöhrətli Elton Con vida turunu başa vuraraq, tarixdə ən yüksək gəlir əldə edib - Fotolar

Dünya şöhrətli Elton Con vida turunu başa vuraraq, tarixdə ən yüksək gəlir əldə edib - Fotolar

Dünya şöhrətli Elton Con vida turunu başa vuraraq, tarixdə ən yüksək gəlir əldə edib - Fotolar

Dünya şöhrətli Elton Con vida turunu başa vuraraq, tarixdə ən yüksək gəlir əldə edib - Fotolar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR