Ölümsüzlüyə inanan 45 yaşlı milyoner: Hər gün 30 həkim nəzarət edir - FOTO

Ölümsüzlüyə inanan 45 yaşlı milyoner: Hər gün 30 həkim nəzarət edir - FOTO

Qurduğu texnologiya şirkəti ilə milyonlar qazanan 45 yaşlı iş adamı Brayan Conson yaşlanmanın qarşısını almağın və ölümsüzlüyün mümkün olduğunu düşünür. Nə qədər qəribə olsa da, milyoner bütün ömrünü ömrü bitməsin deyə sərf edir.

 

Metbuat.az "The Guardian"a istinadən xəbər verir ki, Brayanın “Project Blueprint” adı verdiyi bu gəncləşmə əməliyyatı üçün hər il bu məqsədlə 2 milyon dollar xərclədiyi bildirilir. O, 30 nəfərlik bir həkim heyəti ilə çalışır. Bu heyətə isə qocalma terapiyaları ilə tanınan 29 yaşlı Oliver Zolman rəhbərlik edir.

 

Brayan Conson hazırda 45 yaşındadır və həqiqətən də gənc görünüşü ilə diqqət çəkir. İş burasındadır ki, o, heç bir estetik və kosmetik müdaxilədən istifadə etmədən belə görünür.

 

 

Hər səhər 05:00-də oyanan və axşam 20:30-da yatan, gündəlik ancaq müəyyən kalori ilə qidalanan iş adamı veqan diyetası ilə bəslənir və davamlı olaraq məşq edir. O, gündə 80 ədəd vitamin və mineral əlavəsindən istifadə edir. Həkimləri isə hər gün onun qanını, ürək, qaraciyər və böyrəklərini müayinə edirlər.

 

Onun bu hədəf uğrunda mübarizəsi isə həyat yoldaşından ayrıldığı zaman başlayıb. Qısa müddətdə 27 kiloqram arıqlayan iş adamı intihar fikrinə düşəcək qədər depressiya keçirib, daha sonraisə belə bir həyat yaşamağa qərar verib.

 

 

Brayan Conson, oğlu və atası arasında ilk dəfə nəsillərarası qan və plazma transferı həyata keçirilib. Consona oğlundan və atasından 1 litr qan köçürülüb. Onun oğlu 18, atası isə 70 yaşındadır.

 

Daha gənc canlılardan yaşlı canlılara qan köçürülməsi gəmiricilər üzərində müsbət nəticə vermişdi. Lakin Brayan Conson sosial media üzərindən etdiyi açıqlamada bildirib ki, sözügedən qan nəqli onun orqanizmində gözlənilən nəticəni verməyib.

 


OXŞAR XƏBƏRLƏR

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....

Qaxa istirahətə gedən keçmiş hərbçi evdə ölü tapıldı

Qaxa istirahətə gedən Bakı sakini evdə ölü tapılıb.   Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaşqaç...