Logo

“Vaqner”çilər Mərkəzi Afrika Respublikasını tərk edirlər

“Vaqner”çilər Mərkəzi Afrika Respublikasını tərk edirlər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) yüzlərlə muzdlusu Mərkəzi Afrika Respublikasını (MAR) tərk ediblər. Ölkədə isə bunun sadəcə rotasiyanın bir parçası olduğunu bildiriblər.

Sfera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hərbi mənbənin bildirdiyinə görə, “Vaqner” ÖHŞ-nin yüzlərlə muzdlusu Afrika ölkəsini tərk edib. Lakin MAR Prezidentinin mətbuat katibi Albert Yaloke Mokpem bunun “yekun tərketmə yox, rotasiya” olduğunu diqqətə çatdırıb.

“Biri gedib, digəri gələcək”, – o vurğulayıb.

Ölkədə neçə rusiyalı muzdlunun qaldığı hələlik bəlli deyil. Orada 1 900-ə yaxın şəxsin fəaliyyətdə olduğu güman edilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR