Tarixin ən böyük investisiyalarından biri - 1923-cü ildə açılan "Uembli" stadionunun tarixi və qiyməti + FOTOLAR

Tarixin ən böyük investisiyalarından biri - 1923-cü ildə açılan

Avropanın ikinci ən böyük stadionu sayılan “Uembli” stadionu haqqında eşitmisiniz? Bu nəhəng stadionun tarixindən xəbəriniz varmı və bu stadiona ümumilikdə nə qədər pul xərclənib?

 

Sfera.az sizi bir az təəccübləndirəcək tarixin ən böyük investisiyalarından biri haqqında yazı təqdim edir.

 

 

Rəsmi adı İmperator Stadionu olan Uembli Stadionu İngiltərənin ən əhəmiyyətli idman arenalarından biri kimi tarixdə yerini almışdır. Bir çox olimpiada və futbol çempionatlarına ev sahibliyi edən stadion təməli qoyulandan bəri Avropada ən çox danışılan stadionlardan biri olub. 1923-cü ildə tikiləndə onun yalnız Böyük Britaniya sərgisi kimi istifadə edilməsinə qərar verilib və sonra dərhal sökülüb.

 

Lakin o dövrün məşhur iş adamı Ceyms Stivenso stadionun sökülməsinə mane olmaq istəyir və kral V Corcu stadionu sökülməməyə inandırmağa nail olur.

 

 

82 min nəfər tutumlu stadion 1948-ci il Olimpiya Oyunlarına da ev sahibliyi edib. Bundan əlavə, Uembli Stadionu 1996-cı ildə AVRO finalına, 5 dəfə Çempionlar Liqasının finalına və 1966 FIFA Dünya Kuboku Finalı kimi bir çox mühüm idman tədbirlərinin finallarına ev sahibliyi edib. O qədər böyük bir stadion olub ki, 1988-ci ildə burada Maykl Cekson tərəfindən indiyə qədər ən yüksək tamaşaçı rekordu qırılıb. “Bad World Tour” çərçivəsində Maykl Cekson 7 konsertdə 504 min tamaşaçıya çataraq rekord qırıb. Memarlar Con Simpson və Maksvell Ayrton tərəfindən inşa edilən və 300 günə başa çatdırılan stadionun dəyəri o vaxt 750 min funt sterlinq idi. 1963-cü ildə təmir edilən stadion 2000-ci ildə istifadəyə bağlanıb. 2003-cü ildə bağlanan stadion söküləndən sonra həmin yerdə eyniadlı stadion yenidən tikilib.

 

90 min nəfərlik yeni “Uembli” stadionu 798 milyon funta başa gəlib.

 

 

Yeni stadionun ən böyük fərqi isə üstü açılıb bağlana bilməsidir. 2007-ci ildə tamamlanan Uembli Stadionu 90.000 tamaşaçı tutumu ilə açıldığı dövrdə də Böyük Britaniyanın ən böyük stadionu sayılırdı. Stadionun daşınan damı tam bağlanmasa da, tamaşaçıların oturduğu yerləri bağlayacaq ölçülərə malikdir. Yeni stadion “Foster + Partners” və “Populous” memarlıq firmaları tərəfindən layihələndirilib və ümumilikdə 757 milyon funt-sterlinqə başa gəlib.

 

Stadionun ən əlamətdar xüsusiyyəti onun 315 metr uzunluğunda və 133 metr hündürlüyündə dam tağına malik olmasıdır. Uembli stadionunda rəsmi açılış 19 may 2007-ci ildə İngiltərə Kuboku finalında “Chelsea” və “Manchester United” arasında keçirilmişdir. Hər il mütəmadi olaraq bu stadionda İngiltərə Kubokunun Finalı keçirilir. 2011-ci ildə “Barselona” və “Mançester Yunayted” arasında Çempionlar Liqasının finalına və iki il sonra “Bayern Münhen” və “Borussia Dortmund” arasında 2013 Çempionlar Liqasının finalına ev sahibliyi edib.

 

Bunlardan əlavə Beyonce, Madonna, Ed Sheeran, Taylor Swift kimi dünyaca məşhur adların konsertləri və NFL oyunları bu stadionda keçirilən məşhur tədbirlərdəndir.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...