Logo

Prezident tapşırıq verdi: Vətəndaşın dediyini anlamağa çalışın

Prezident tapşırıq verdi: Vətəndaşın dediyini anlamağa çalışın
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

AKP növbədənkənar qurultaya yeni heyətlə hazırlaşır.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AK Partiya (Ədalət və İnkişaf Partiyası) oktyabrın 7-də keçiriləcək növbədənkənar qurultayda baş qərargahının rəhbərliyində təmsil olunan şəxslərin yarıdan çoxunu yeniləri ilə əvəzləyəcək.

Məlumata görə, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın vilayət rəhbərlərinin toplantısından sonra təşkilatlarla qısa görüş keçirib. Görüş zamanı dövlət başçısı yerlərdə seçki ilə bağlı işlərin diqqətlə aparılması üçün özü müvafiq göstərişlər verib.

Ərdoğan təşkilatlara qələbə eyforiyasına qapılmamağı tapşırıb:

"Səslərin itirilməsinin siyasi və rəqəmsal səbəblərini araşdırın. Seçki nəticələrini hərtərəfli təhlil edin və ona uyğun tədbirlər görün. Vətəndaşın verdiyi mesajı başa düşməyə çalışın. Səslərin aşağı olduğu rayonlarda bu azalmanın səbəbini araşdırın və həll yolunu tapın. Zəlzələdən zərər çəkmiş şəxsləri tək buraxmayın. Müxalifətin rəhbərlik etdiyi şəhərlərə qarşı xüsusilə diqqətli olun".

"Vətəndaşların bəyəndiyi tərəflərimizi gücləndirəcək, tənqid etdiyi məsələlərə düzəliş edəcək, yenilik gözlənilən sahələrdə lazımi addımları atacağıq. Sıralarımızı yeni simalarla gücləndirmək lazım olsa, ümid edirəm ki, bunu böyük həssaslıqla edəcəyik", - R.T.Ərdoğan əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR