Logo

Mask səssizliyini pozdu, Zukerberqi məhkəmə ilə hədələyir

Mask səssizliyini pozdu, Zukerberqi məhkəmə ilə hədələyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Tesla" və "SpaceX" şirkətlərinin sahibi, 2022-ci ildən tvitterə rəhbərlik edən amerikalı milyarder İlon Mask yeni yaradılan "Treads" platformasına ilk dəfə münasibət bildirib.

Sfera.az xəbər verir ki, iş adamı "Meta" şirkətinin bu addımını haqsız rəqabət adlandırıb. Mask "Rəqabət yaxşıdır, haqsız rəqabət isə yox" deyə tvit atıb.

Bundan başqa, Mask şirkətin rəhbəri Mark Zukerberqi məhkəməyə verməklə hədələyib. Bununla bağlı Zukerberqə ünvananlanan məktubda şirkətin tviterin məlumatlarından istifadə edərək eyni platforma yaratdığı iddia olunub. Ondan tvitterə məxsus məxfi məlumatların istifadəsindən çəkinməsi tələb edilib.

Buna cavab olaraq "Meta" şirkəti "Threads"i tərtibatçılarından heç biri keçmiş tvitterin işçisi deyil" deyə, qısa açıqlama yayıblar.

Qeyd edək ki, Zukerberqin sosial şəbəkəni istifadəyə verməsindən 20 saat keçməmiş qeydiyyatdan keçənlərin sayı 30 milyona çatmışdı.

Axşam.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR