Qərbin növbəti hədəfi BƏLLİ OLDU: Rusiyanın məğlubiyyətindən sonra...

Qərbin növbəti hədəfi BƏLLİ OLDU: Rusiyanın məğlubiyyətindən sonra...

“Pekin Avropanın gələcəyindən narahatdır”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, buna səbəb Avropa İttifaqı və NATO-nun Rusiyaya qarşı müqavimət gücünü artırmasıdır:

 

“Pekində hesab edirlər ki, Rusiyanın məğlubiyyətindən sonra Qərbin növbəti hədəfi Çin olacaq. ABŞ və Avropa İttifaqı indi də Rusiya ilə yanaşı Çinin xarici və təhlükəsizlik siyasətini, o cümlədən uyğurlara qarşı tətbiq edilən zorakılıqları sərt tənqid edir. Digər tərəfdən, Çin Avropadakı yatırımlarından və köhnə qitənin ölkələri ilə ticarət əlaqələrinin zəifləyəcəyindən narahatdır. Çünki Ukrayna müharibəsi fonunda NATO güclənir və ABŞ-nin Avropada təsir gücü artır. Vaşinqton isə Avropanın Pekinə qarşı da siyasətini sərtləşdirməsini istəyir”.

 

Ekspert bildirib ki,  Vaşinqton NATO-ya bənzər təhlükəsizlik sistemini Çinin ətrafında da formalaşdırmağa çalışır:

 

“Çinə qonşu olan Hindistan, Yaponiya, Avstraliya kimi ölkələr Pekinin regional siyasətindən narazıdırlar və təhlükəsizlik sahəsində ABŞ-lə sıx əməkdaşlığa üstünlük verirlər. Pekin bu səbəblərdən NATO-nun təlimlərinin və Avropanın ABŞ-nin təsirindən uzaqlaşmasının tərəfdarıdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR