Turistlərin olduğu 4 katamaran aşıb - İnsanların çoxu itkin düşüb
Buryatiya Respublikasında səkkiz turistin olduğu 4 katamaran Kabanski rayonunun Vıdrino kəndi yaxınlığında Snejnaya çayında rafting edərkən aşıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Buryatiya Respublikası üzrə departamentindən məlumat verilib.
Sfera.az xəbər verir ki, hadisə iyulun 6-da axşam saatlarında baş verib. Bu barədə məlumat Kabanski rayonunun vahid növbətçi dispetçer xidmətinin əməliyyat növbətçisindən daxil olub. İlkin məlumatlara görə cəmi 3 turist qaça bilib. Daha beş turistin taleyi məlum deyil. Onların hamısı itkin düşüb.
Katamaranların aşmasının səbəbi hələ müəyyən edilməyib. Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin Baykal axtarış-xilasetmə qrupunun xilasediciləri hadisə yerinə cəlb olunub.
Rusiya mətbuatının məlumatına görə, oxşar hadisə iyulun 4-də Nijneqarsk (Buryatiya) kəndi yaxınlığındakı Severo-Baykalski rayonunda da baş verib. İrkutsk vilayətindən olan iki turist Baykal gölünün sahili boyunca şişmə qayıq və kayakda aşıb. Onlar qayığın öhdəsindən gəlib, lakin fırtınaya səbəb olan güclü külək səbəbindən sahildən çox uzağa gediblər. Öz başlarına qayıda bilməyən turistləri, xilasedicilər də duman səbəbiylə dərhal tapa bilməyiblər. Turistlər iki saatlıq axtarışlardan sonra xilas edilib.
Aynil