“Priqojinin harada olduğunu bilmirik...” - Peskov

“Priqojinin harada olduğunu bilmirik...” - Peskov

“Priqojinin harada olması barədə Kremlin məlumatı yoxdur”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı deyib.

 

“Biz onun hərəkətlərini izləmirik. Bunu etməyə nə imkanımız, nə də istəyimiz var”, - deyə Peskov bildirib.

 

O, həmçinin qeyd edib ki, lazım gələrsə, Rusiya prezidenti Vladimir Putin və Belarus rəhbəri Aleksandr Lukaşenko arasında görüş baş tutacaq: “Lakin hələlik dəqiq tarix yoxdur”

 

Xatırladaq ki, bundan əvvəl Lukaşenko Priqojinin Sankt-Peterburqda olduğunu bildirmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR