“Priqojin Belarusda deyil...” – Lukaşenko “Vaqner” rəhbərinin harada olduğunu DEDİ

“Priqojin Belarusda deyil...” – Lukaşenko “Vaqner” rəhbərinin harada olduğunu DEDİ

“Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojin Rusiyaya qayıdıb.

 

Sfera.az bildirir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib.

 

“Priqojin Sankt-Peterburqdadır. O, Belarus ərazisində deyil. Amma bu gün haradadır? Ola bilsin ki, Moskvaya gedib”, deyə Lukaşenko söyləyib.

 

Belarus prezidenti həmçinin “Vaqner” qoşunlarının Rusiyanın işğalı altında olan Ukraynanın şərqindəki düşərgələrdə yerləşdirildiyini bildirib. O, əlavə edib ki, onların Belarusda yerləşdirilməsi təklifi  hələ də qüvvədədir.

 

Qeyd edək ki,bundan əvvəl Lukaşenkonun vasitəçiliyi ilə bağlanmış müqaviləyə əsasən Priqojin Belarusa təhlükəsiz keçmək müqabilində Rusiyada təşkil etdiyi üsyanı dayandırmışdı.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR