Zelenskidən Rusiyanın mümkün təxribatları ilə bağlı XƏBƏRDARLIQ

Zelenskidən Rusiyanın mümkün təxribatları ilə bağlı XƏBƏRDARLIQ

Ukrayna lideri Rusiyanın gözlənilən addımları ilə bağlı xəbərdarlıq edib.

 

Sfera.az bildirir ki, o, Ukrayna kəşfiyyatına istinadən Zaporojjya AES-ə hücum planlarının olduğunu söyləyib.  Zelenski iddia edib ki, rus əsgərləri ərazidəki binaların damlarına partlayıcıya bənzər əşyalar yerləşdirib.

 

“Partlayıcılar hazırda Rusiyanın əlində olan elektrik stansiyasının bir neçə enerji blokunun damındadır”, deyə Ukrayna lideri əlavə edib.

 

Kremldən Zaporojjya AES ətrafında yaranmış vəziyyətlə bağlı dərhal açıqlama gəlib. Prezidentin mətbuat katibi Dmitri Peskov Kiyevi günahlandırıb: “Zaporojye AES ətrafında kifayət qədər gərgin vəziyyət hökm sürür. Kiyevdən təxribat təhlükəsi böyükdür. Bunun nəticələri fəlakətli ola bilər”.

 

Xatırladaq ki, Zelenski ötən həftə də oxşar çıxışlar edib. O,  Kiyevdə İspaniyanın baş naziri Pedro Sançeslə keçirdiyi birgə mətbuat konfransında bunları deyib: “Ciddi təhlükə var. Rusiya texniki cəhətdən stansiyada lokal partlayış törətməyə hazırdır. Bu da radiasiyanın buraxılmasına səbəb ola bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR