Robert De Niro pərəstişkarlarına təşəkkür etdi - FOTO

Robert De Niro pərəstişkarlarına təşəkkür etdi - FOTO

79 yaşlı amerikalı aktyor Robert De Niro 19 yaşlı nəvəsi Leandro De Niro Rodriqesin ölüm xəbərindən sonra ilk dəfə ictimaiyyət arasında görüntülənib. Məşhur “Taxi Driver”in ulduzu ailə faciəsinin baş verdiyi gün Nyu-Yorkun Yuxarı Şərq tərəfindəki mənzilindən çıxarkən görüntülənib.

 

Sfera.az bildirir ki, aktyor çətin anında ailəsinə dəstəyə görə insanlara təşəkkür edib. De Niro çölə çıxaraq avtomobilə minəndə üzərini qoruyucu maska, eynək və papaqla örtüb.

 

Hollivud aktyoru 19 yaşlı nəvəsinin ölümü ilə bağlı danışıb: “Sevimli nəvəm Leonun ölümü məni çox kədərləndirdi. Hər kəsə başsağlığı üçün çox minnətdarıq. Leo itkisinə görə yas saxlamaq üçün bizi tək buraxmağınızı xahiş edirik"- deyə De Niro əlavə edib.

 

Qeyd edək ki, dünya ulduzunun nəvəsi Leandro da aktyorluq karyerasına başlamışdı. O, Bredli Kuper və Ledi Qaqa ilə eyni filmdə rol alıb.

 

Xatırladaq ki, ötən gün Robert De Nironun 19 yaşlı nəvəsi qəfildən dünyasını dəyişib. Gəncin ölüm səbəbi açıqlanmayıb.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR