Makron etirazçıların ailə üzvlərini hədəfə aldı: “Sanksiyalar tətbiq olunmalıdır”

Makron etirazçıların ailə üzvlərini hədəfə aldı: “Sanksiyalar tətbiq olunmalıdır”

Fransa prezidenti Emmanuel Makron etirazlara qatılan gənclərin ailələrini hədəfə alıb.

 

Sfera.az bildirir ki, ölkə başçısı aksiyalarda iştirak edən gənclərin ailə üzvlərinə maliyyə sanksiyaları tətbiq etmək istədiyini açıqlayıb. Makron bu barədə Parisdə bir restoranda qeyri-rəsmi şam yeməyində etirazlara müdaxilə edən polislərlə görüşü zamanı danışıb. 

 

"Etirazçıların cibinə toxunmaq lazımdır, ancaq bunu başa düşürlər. Etdikləri boşboğazlığın qarşılığı maliyyə sanksiyaları olmalıdır", deyə o bildirib. Makron həmçinin, polisə dəstəyini də ifadə edib.

 

Digər tərəfdən, ölkədə günlərdir davam edən aksiyalar zamanı indiyədək 3486 nəfər saxlanılıb. Nümayişlərdə 1105 binadan əlavə 12 202 məntəqə, 5 892 avtomobil yandırılıb, ölkə üzrə 269 polis və jandarm bölməsi hücuma məruz qalıb, 808 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Sosial mediada yayılan görüntülərdə Angers və Chambery şəhərlərində ifrat sağçı qrupların küçələrə çıxaraq fəallarla toqquşduğu görülüb.

 

Xatırladaq ki, iyunun 27-də  Fransa polisi Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Nael M-ni öldürüb. Hadisəyə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq polislə toqquşublar. Gənci qətlə yetirən polis isə həbs edilərək mühakimə olunub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR