Robert De Nironun nəvəsi VƏFAT ETDİ - FOTO

Robert De Nironun nəvəsi VƏFAT ETDİ - FOTO

Oskar mükafatlı aktyor Robert De Nironun nəvəsi Leandro De Niro Rodrigez dünyasını dəyişib. Bu barədə aktyorun qızı, Leanordo Rodrigezin anası sosial şəbəkədə məlumat verib. O, oğlunun 19 yaşında dünyasını dəyişdiyini açıqlayıb.

 

Sfera.az bildirir ki, Robert De Nironun qızı, aktrisa Drena De Niro oğlunun qəfil itkisindən yazıb. "Sən mənim sevincim, ürəyim və həyatımda həmişə saf və gerçək olan hər şey idin. Sənsiz necə yaşayacağımı bilmirəm, amma mənə hiss etdirdiyin sevgini və işığı davam etdirməyə və yaymağa çalışacağam. Sən çox sevildin və qiymətləndirildin. Kaş ki, səni yalnız bu sevgi xilas edə biləydi” - deyə qadın yazıb.

 

O, postda oğlunun atası - Karlos Mare adlanan rəssam Karlos Rodrigesin işarələyib. "Rəhmət və əbədi cənnətin olsun, əziz oğlum". Mare yazıya şərhində "Onun bizə verdiyi sevinci və ya indi ailəmiz və dostlarımızla yaşadığımız itkini ifadə etmək üçün sözlər kifayət deyil" - deyə cavab verib.

 

Qeyd edək ki, Robert De Nironun nəvəsinin ölüm səbəbi açıqlanmayıb. Leandro De Niro Rodriguez həm də aktyor idi. O, anası ilə birlikdə 2018-ci ildə Bredli Kuper və Ledi Qaqanın rol aldığı “Ulduz doğulur” filmində çəkilib.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR