Zelenskiyə keçmiş “sağ qolu”ndan ZƏRBƏ: “Rusiya bundan istifadə edəcək”

Zelenskiyə keçmiş “sağ qolu”ndan ZƏRBƏ: “Rusiya bundan istifadə edəcək”

Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç əks-hücum əməliyyatlarının ləng davam etməsinə görə Qərbi, o cümlədən ABŞ-ni günahlandırıb.

 

“Xüsusən də əks-hücum niyə belə düzgün olmayan şəkildə hazırlanıb və niyə bu qədər silah verilib? Düşünürəm ki, bu yolla Qərb müttəfiqləri Kiyevi əvvəldən danışıqlara sövq edirdilər", deyə o söyləyib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Aleksey Arestoviçin hazırda rəsmi Kiyevi təmsil etmədiyini deyib:

 

“Prezident Ofisinin keçmiş nümayəndəsinin açıqlamasında xeyli maraqlı məqamlar var. Doğrudur, Zelenski də əks-hücum əməliyyatlarının sürətindən narazılığını bildirib. Amma o, buna səbəb kimi hava şəraitini, Ukraynanın şəxsi heyət arasında itkinin minimum olmasına çalışdığını göstərib. Arestoviç isə birbaşa Qərbi ittiham edib. Beləliklə, o, ya bilməyərəkdən siyasi səhv edib, ya da məqsədyönlü şəkildə nəyəsə çalışır. Çünki o, əks- hücum əməliyyatlarının Qərbdən asılı olduğunu açıq şəkildə etiraf edib. Prezident Ofisinin keçmiş nümayəndəsi həm də hərbi ekspertdir. Əminəm ki, o, bu cür məqamların hərbi sirr olduğunu yaxşı bilir. Arestoviçin Qərbi hədəf gətirərək əslində Ukrayna hakimiyyətini ittiham etməsi də mümkündür. Belə olduğu halda isə gələcəkdə ABŞ və müttəfiqləri ilə Ukrayna arasında münasibətlərin pisləşməsi istisna deyil”.

 

Ekspert bildirib ki,  Rusiya Arestoviçin bu açıqlamasını geniş tirajlayacaq və öz maraqları naminə istifadə edəcək:

 

“Kiyevin addımlarının Vaşinqtondan idarə olunmasını göstərmək üçün Moskvanın əlinə yaxşı fürsət düşdü. Həmçinin ABŞ və Ukrayna rəsmiləri də A. Arestoviçin bu fikirlərinə münasibət bildirəcəklər. Onun əslində nə demək istədiyini və niyə belə danışdığını isə gələcək hadisələr göstərəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR