Logo

Milyarderin oğlu lüks oteldə 6 illik sevgilisi ilə evləndi - FOTO

Milyarderin oğlu lüks oteldə 6 illik sevgilisi ilə evləndi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avstraliyanın məşhur toyuq biznesinin yeganə vəliəhdi Cohnni İnqham ABŞ-nin varlılar cəmiyyətindən olan Rey Vakili ilə ailə qurub.

Sfera.az xəbər verir ki, cütlüyün dəbdəbəli toyu böyük səs-küyə səbəb olub. Bəy iş dünyasında, gəlin isə dəb aləmində tanınan adlar sırasındadır.

Rey insanlara "Vogue" dərgisinin redaktoru Anna Uintourun köməkçisi kimi tanınıb.

Cohnni 1918-ci ildə qurulan məşhur "Ingham" toyuq biznesinin sahibi olan ailədəndir. Milyarder ailənin vəliəhdi ailə biznesini davam etdirir. Onlar toyu İtaliyada Siciliyanın Taormina kəndində edib.

Lüks otelin həyətində olan toyda hər yer çəhrayı çiçəklərlə bəzədlib. Toydan sonrakı parti isə səhərə kimi davam edib. Rey toydan bir həftə əvvəl Fransada Saint Tropezdə bekarlığa vəda partisi edib.(axşam.az)

Milyarderin oğlu lüks oteldə 6 illik sevgilisi ilə evləndi - FOTO


Milyarderin oğlu lüks oteldə 6 illik sevgilisi ilə evləndi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR