Logo

Ukraynadan etiraf: Ruslar irəliləyir

Ukraynadan etiraf: Ruslar irəliləyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynanın müdafiə qüvvələri Baxmut istiqamətinin cənub cinahında irəliləyir.

Sfera.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, ruslar isə şərqdə Avdeyev, Marinski, Limansk istiqamətlərində irəliləyir:

“Onlar Svatov istiqamətində irəliləyib, şiddətli döyüşlər gedir, ruslar Beloqorovka və Serebryankaya hücum edir. Biz Baxmut istiqamətində: cənub cinahında irəliləyirik, qismən uğurumuz var, şimalda döyüşlər davam edir. Düşmən ora iki desant-hücum alayını yerləşdirib. Cənubda Ukrayna Silahlı Qüvvələri gərgin mübarizə aparır, lakin tədricən Berdyansk və Melitopol istiqamətlərində irəliləyir. Qoşunlarımız düşmənin şiddətli müqaviməti ilə üzləşir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR