Logo

Polşa Belarusla sərhədə 500 polis göndərəcək

Polşa Belarusla sərhədə 500 polis göndərəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Polşa hakimiyyəti Belarusla sərhədi möhkəmləndirmək üçün 500 polis əməkdaşı göndərmək qərarına gəlib.

Sfera.az xəbər verir ki, bunu terrorla mübarizə bölmələri həyata keçirəcək.

“Səbəb qonşularla sərhəddə yaranmış gərgin vəziyyətdir”, - deyə ölkənin daxili işlər naziri Mariuş Kaminski bildirib.

O əlavə edib ki, “onlar sərhədləri qoruyan 5000 sərhədçi və 2000 əsgərə qoşulacaqlar”.

Bu həftənin əvvəlində Polşa hökumətinin baş nazirinin müavini Yaroslav Kaçinski Vaqner qrupunun bu ölkəyə köçürülməsi ilə əlaqədar Belarusla sərhəd bölgəsində təhlükəsizliyin gücləndirilməsi üçün tədbirlərin görülməsini zəruri hesab edib. O vurğulayıb ki, söhbət həm xüsusi müvəqqəti, həm də daimi təhlükəsizlik tədbirlərindən gedir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR