"Bu qədər silahı haradan alırlar?" - Fransadakı iğtişaşlar Maskı şoka saldı
Kateqoriya məlum deyil
“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu, milyarder İlon Mask Fransada etirazçıların bu qədər silahı haradan əldə edə bildiyinə təəccüblənib.
Sfera.az xəbər verir ki, milyarder bu barədə “Twitter”də paylaşım edib:
“Onlar bu qədər silahı haradan alırlar?”, – deyə Mask qeyd edib.
O həmçinin əlavə edib ki, Avropada adi vətəndaşlar üçün silah sahibliyi son dərəcə məhduddur. Mask etirazçılar tərəfindən istifadə edilən silahların çoxunun oğurlanmış və ya qeyri-qanuni yollarla Fransaya gətirilə biləcəyini qeyd edib.






