Logo

Ermənilər bu dəfə "Atatürk" serialını hədəf aldılar

Ermənilər bu dəfə "Atatürk" serialını hədəf aldılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənilər bu dəfə "Atatürk" serialını hədəf alıblar.

Sfera.az xəbər verir ki, ABŞ-də yerləşən Amerika Milli Erməni Komitəsi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edən ekran işinin yayımlanmasına etiraz edərək, onu təhqir edən bəyanat yayıblar.

Komitə sosial media hesabında Atatürkün ünvanına "diktator" və "soyqırımı qatili" ifadələrini işlədib. Qurum "Disney +"dan serialın yayımının dayandırılmasını tələb edib.

Hələlik yayım şirkəti məsələyə reaksiya verməyib.

Qeyd edək ki, serial oktyabrın 29-da yayımlanacaq. Layihədə baş rolu aktyor Aras Bulut İynəmli canlandıracaq. 6 bölümdən ibarət ekran işində Songül Ödən, Mehmet Günsür, Bərk Cankat, Bertan Asllani, Sahra Saş və məşhur amerikalı aktrisa Emma Uatson rol alır.

Ermənilər bu dəfə "Atatürk" serialını hədəf aldılar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR