Qazaxlar Baykonur kosmodromunun kabellərini oğurlamaq istəyib

Qazaxlar Baykonur kosmodromunun kabellərini oğurlamaq istəyib

Baykonur kosmodromundan kabel oğurlamaq istəyən 4 qazax saxlanılıb.

 

Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Telegram” kanallarının birində məlumat yayılıb.

 

Məlumata görə, oğrular kosmodromun ərazisinə UAZ markalı avtomobillə əkin sahələrindən keçərək, dolama yollarla daxil olublar. Kosmodromun ərazisinə daxil olan oğrular “Energia-Buran” kompleksinin başlanğıc və texniki mövqeləri arasında əlaqəni təmin edən kabeli kəsməyə başlayıblar. Ancaq yoldan keçən polis qrupu bunu görərək oğruları həbs ediblər.

 

Qeyd edək ki, Baykonur kosmodromu strateji obyektdir. Kosmodrom Qazaxıstan ərazisində yerləşir və bağlanmış sazişə görə 2050-ci ilə qədər Rusiyaya icarəyə verilib. Oğruların kosmodromun ərazisinə daxil olub kabelləri kəsməyə cəhd etməsi strateji obyektin zəif mühafizə edildiyini göstərir. İddialara görə oğrular Baykonur kosmodromunda istifadə olunmayan obyektlərin ərazisinə daxil olublar. Həmin obyektlərin yerləşdiyi hissələr zəif mühafizə edilir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR