Logo

Rusiya ilə bağlı İsrailin şok sənədi sızdırıldı

Rusiya ilə bağlı İsrailin şok sənədi sızdırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Federasiyasında "Vaqner" üsyanı ilə bağlı İsrailin daxili sənədi mediaya sızdırılıb.

Sfera.az xəbər verir ki, iyunun 24-də İsrailin baş naziri Benyamin Netanyahu Rusiya Federasiyasında silahlı çevrilişə cəhdlə bağlı əməliyyat müşavirəsi keçirib.

İsrailin “The Times of Israel” qəzeti görüşün sonunda tərtib edilmiş daxili sənədin məzmununu dərc edib:

▪️ "Vaqner" in üsyanı Putinin imicini sarsıtdı və Rusiyanın həm Ukrayna müharibəsində, həm də daxili siyasətdə gücünü zəiflətdi;

▪️ İsrail və Rusiya Federasiyası arasında "incə" münasibətlərə diqqət yetirərək, Ukraynaya həm humanitar, həm də hərbi yardım göstərilməsi tapşırılıb;

▪️ İsrailin müdafiə naziri Yoav Qalanta bu hadisələrin Rusiyanın İran və Suriya ilə münasibətlərinə nəticələrini qiymətləndirmək tapşırılıb;

▪️ İsrail vəziyyətin mümkün pisləşməsi səbəbindən İsrail vətəndaşlarının və Rusiyadan İsrailə qayıtmaq hüququ olan şəxslərin kütləvi şəkildə repatriasiyasına hazırlaşmağa davam edəcək. (Ölkə.Az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR